!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Təqaüd yaşına çatmayan vətəndaşların TOPLANMIŞ KAPİTALI: “Həmin vəsaitdən istifadə yalnız...”

!Reklam – Yazi

“Şəxs pensiya yaşına çatmamış, yaxud pensiya yaşına çatıb çox az müddət təqaüd alıb dünyasını dəyişərsə, həmin kapitalı onun həyat yoldaşı ala bilər”.

Bu fikirləri pensiya yaşına çatmayan şəxs vəfat etdiyi halda ailə üzvlərinin onun adına yığılan kapitaldan istifadə şərtlərini izah edən Əmək Hüquqlarının Müdafiə Liqasının (ƏHML) sədri Sahib Məmmədov Yenicag.az-a açıqlamasında deyib.

Sahib Məmmədovun sözlərinə görə, müəyyən müddət dolmadan konkret şəxsin adına pensiya fondunda yığılan vəsaitdən heç bir halda istifadə oluna bilməz:“Əmək pensiyaları haqqında qanuna görə, yığım kapitalını yalnız şəxsin özünün əmək pensiyası yaşına çatdıqda istifadə etməsi mümkündür. Şəxs əgər pensiya yaşına çatmamış, yaxud pensiya yaşına çatıb çox az müddət təqaüd alıb dünyasını dəyişərsə, həmin kapitalı onun həyat yoldaşı ala bilər.

Ümumiyyətlə, əmək pensiyasının üç kateqoriyası var. Yaşa, ailə başçısını itirməyə və əlilliyə görə əmək pensiyası müəyyən olunur. 18 yaşına çatmayan, 18 yaşına çatıb 23 yaşına qədər təhsil alan, yaxud əlilliyi olan övladlara ailə başçısını itirməyə görə pensiya kapitalında yığılan vəsaitdən müavinət təyin edilir”.

Nəsimi Ələsgərli

COP29

www.yenicag.az

414
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv