Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tərəfdarları Güləndən imtina edir: "Mən ümumiyyətlə, Fətullahı tanımıram"

Tiflis şəhər məhkəməsi Dəmirəl kollecinin keçmiş əməkdaşının işinə baxış keçirir.

Yenicag.az xəbər verir ki, təqsirləndirilən Mustafa Emre Çabuk məhkəmədə geniş ifadə verərək, terrorizmlə əlaqəsini rədd edib və qaçqın statusunun bərpa olunmasını tələb edib.

“Mən nə Gürcüstanda, nə də Türkiyədə silah daşımırdım. Təəssüf ki, Türkiyədə mənə qarşı, terror qruplaşmasının üzvü olduğum barədə səhv ittiham irəli sürüldü. Mənim heç yerdə terrorçu qruplaşmaları ilə əlaqəm olmayıb. Ümumiyyətlə, Fətullah Gülənlə tanışlığım yoxdur, onunla heç vaxt görüşməmişəm. Gülən kollecin nə direktoru, nə rəhbəri, nə səhmdarı deyil. Mən öz vətənimi, həmçinin, Gürcüstanı sevirəm və özümü təqsirli bilmirəm. Ümidvaram ki, məhkəmə haqqımda ədalətli qərar verəcək, mənə və ailəmə qaçqın statusunu qaytaracaq”, deyə Mustafa ifadəsində bildirib.

Xatırladaq ki, Dəmirəl kollecinin əməkdaşı Mustafa Emre Çabuk mayın 24-ü Gürcüstanda saxlanılıb. Məhkəmə onun haqqında 3 aylıq həbs qətiimkan tədbiri seçib. O, FETÖ terror təşkilatının üzvü olmaqda günahlandırılır.

7 iyul tarixində qaçqınların məskunlaşma üzrə nazirliyi Çabuka qaçqın statusu verməkdən imtina edib. Avqustun 2-si təqsirləndirilən şəxsin vəkilləri Tiflis Şəhər Məhkəməsinin İdarəetmə İdarəsinə bu qərarla bağlı şikayət ediblər.

Nazirlik isə öz növbəsində, qərarın doğru olduğunu və ləğv edilməsi üçün heç bir əsasın olmadığını bildirib.

Loading...

www.yenicag.az

1504
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100