Tərəflər arasında danışılmış QARŞIDURMA: ABŞ prosesə müdaxilə edə bilər

media-hightechnic-468x90

“İran və İsrail arasında böyükmiqyaslı müharibə mümkün deyil”.

Bunu Yenicag.az-a açıqlamasında son günlər İran və İsrail arasında gərginləşən münasibətlərin müharibəyə çevrilməsi ehtimalından danışan politoloq Samir Hümbətov deyib.

Onun sözlərinə görə, gərginlik olsa da, bunun müharibəyə çevrilmə ehtimalı inandırıcı deyil.
“Gərginlik təzyiqini aşağı salmaq üçün tərəflər arasında danışılmış qarşıdurma yaradıla bilər. Bu da Suriya, Fələstin, yaxud digər ölkə üzərindən mümkün ola bilər. Lakin bununla belə İsraillə İranın qarşı-qarşıya gəlməsi və böyük müharibəyə keçməsi gözlənilmir.

Çünki tarixə nəzərə salsaq, dəfələrlə İranın nüfuzlu şəxsləri öldürülsə də sərt bəyanatlardan o tərəfə keçilməyib. Eyni zamanda, ABŞ-ın müdafiə naziri Lloyd Ostin də hücuma məruz qalacağı təqdirdə ölkəsinin İsraili müdafiə edəcəyi ilə bağlı bəyanat səsləndirib. Yəni açıq-açıq İrana “bacarırsansa et, ancaq bu sənin sonunu gətirəcək” deyir. Bir sözlə, İran və İsrail arasında böyükmiqyaslı müharibə mümkün deyil”, – deyə o bildirib.

Nəsimi Ələsgərli

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 06.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600