Tərəfsizlik, yoxsa diplomatik manevr? – Bakının neytrallıq siyasətinin MAHİYYƏTİ

media-hightechnic-468x90

“Azərbaycan bu münaqişədə neytral qalmalıdır”.

Bunu Yenicag.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

media-maxresdefault

Siyasi təhlilçi İsrailin İrana qarşı həyata keçirdiyi hava zərbələrindən sonra rəsmi Bakının sərgiləcəyi mövqe barəsində fikirlərini səsləndirib.

Onun sözlərinə görə, İsrailin İrana qarşı keçirdiyi hərbi əməliyyatlar İranı çıxılmaz vəziyyətə salıb:

“İranın, demək olar ki, bütün rütbəli hərbçiləri və bir çox nüvə obyektləri sıradan çıxarıldı. Bu çox irimiqyaslı və strateji hərbi əməliyyatlar idi və İranın bir dövlət kimi qüruru demək olar ki, alt-üst edilib. Bu proseslər onu göstərir ki, İranın indiyə kimi qürurlandığı hərbi və kəşfiyyat gücü, demək olar ki, kiçilmiş oldu. İran isə cavabında dronlar göndərsə də, onlar 4-5 saata İsrailə zərbələr endirməyə qadirdir. Göründüyü kimi, İran hələ də cavab vermir”.

Politoloq “Azərbaycan bu münaqişənin harasında olmalıdır” sualına isə belə cavab verib:

“İran ABŞ bazalarına hücum edərsə, İrana qarşı koalisiya formalaşmış ola bilər. Bu da İran rejiminin dəyişməsinə gətirib çıxara bilər. Düşünürəm ki, İran buna getməyə cürət etməz. Azərbaycana qaldıqda, dövlətimiz bu məsələyə neytral qalmaqda, tərəfləri təmkinli davranmağa, soyuqqanlı olmaq və məsələni danışıqlar yolu ilə həll etməyə dəvət etməlidir. Çünki İranda milyonlarla azərbaycanlı var və onlar bizim soydaşlarımızdır, Azərbaycan isə müharibənin əleyhinədir”.

Nurlan Cəfəri

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600