Tərlan Eyvazov: “Onların hərəkətləri Rusiya və Azərbaycan arasındakı münasibətlərə xeyir gətirmir” – VİDEO
“Moskvanın acığına gəlir ki, vaxtilə onun tabeliyində olan bir bölgə – Azərbaycan niyə Rusiyaya qarşı bəyanatlar verir?”
Bunu Yenicag.az-a vidoemüsahibəsində hərbi ekspert Tərlan Eyvazov deyib.
O, son günlər Rusiya və Azərbaycan arasındakı gərgin münasibətlərə, eləcə də III Şuşa Qlobal Media Forumunda çıxış edən Prezident İlham Əliyevin səsləndirdiyi fikirlərə toxunub.
T. Eyvazova görə, Moskva SSRİ-nin mərkəzi idi və biz vaxtilə könüllü şəkildə SSRİ-yə qoşulduq, sonra da könüllü şəkildə oranı tərk etdik:
“Bu gün də biz bərabərhüquqlu şəkildə münasibətlərin davam etdirilməsində maraqlıyıq və bununla bağlı hər şeyi edirik. Dövlət başçısı məsələyə münasibət bildirərək söylədi ki, bu problemlərin olması yalnız Rusiyanın üzərinə düşür. Çünki istər məsuliyyətsiz hərəkətlər, istərsə də aidiyyəti orqanların beynəlxalq və Rusiya konstitusiyasına məhəl qoymadan bu cür hərəkətləri etməsi Rusiya və Azərbaycan arasındakı münasibətlərə xeyir gətirmir”.
Daha ətraflı videomaterialda:
Rafi Müslümov
Samir Məcidov