Türkiyə silahlı qüvvələrinin Suriyanın şimalında YPG/PKK terrorçularına qarşı başlatdığı “Barış Pınarı” əməliyyatı uğurlu şəkildə davam edir. Artıq 15-dən çox yaşayış məntəqəsi və kənd terrorçulardan azad edilib, 415 terrorçu məhv edilib.
Yenicag.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, geri çəkilməkdə olan terrorçular böyük itkilər verməklə yanaşı, böyük qorxu və xəyal qırıqlığına uğrayıblar.
Sosial şəbəkələrdə yayılan bu görüntülərdə isə tutulan terrorçuların necə aciz durumda olduğu, qorxudan ağladıqları görülür:
www.yenicag.az