!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Terrorçulara və ABŞ hərbçilərinə yönəlik bu ultimatum Türkiyənin yerüstü əməliyyat xəbərdarlığıdır” – ŞƏRH

!Reklam – Yazi

“Ultimatum qəbul olunmazsa, Türkiyə təhlükəsizlik zolağının yaradılması üçün göstərilən müddətdə yerüstü əməliyyata başlayacaq”.

Bu fikirləri Türkiyənin Suriyanın şimalındakı kürd qruplaşmalarının Ayn-əl-Arab, Mənbic və Tell-Rifaat rayonlarından iki həftə ərzində geri çəkilmələrinə dair ultimatum verməsi haqda məlumatı şərh edən Qəhrəmanmaraş Sütçü İmam Universitetinin Siyasi və Beynəlxalq Münasibətlər Şöbəsinin müdiri, professor Toğrul İsmayıl Yenicag.az-a açıqlamasında deyib.

Professorun fikrincə, belə bir ultimatumun ortaya çıxması Türkiyənin bir müddət əvvəl elan etdiyi yerüstü əməliyyata başlamaqla bağlı xəbərdarlığı kimi qiymətləndirilə bilər:

“Bildiyiniz kimi, Türkiyə otuz kilometrlik təhlükəsizlik zolağının yaradılması məqsədilə Suriyanın şimalında növbəti hərbi əməliyyata başlayacağını bəyan etmişdi. Lakin müəyyən səbəblərə görə əməliyyatın başlaması təxirə salınsa da, Türkiyənin bu plandan geri çəkildiyini söyləmək olmazdı.

İndi belə bir ultimatumun ortaya çıxması Türkiyənin ötən aylarda elan etdiyi yerüstü əməliyyata başlamaqla bağlı xəbərdarlığı kimi qiymətləndirilə bilər. Bu ultimatumun həmçinin ərazidəki ABŞ və Rusiya hərbçilərinə yönləndirilməsi onların gözlənilən əməliyyat zamanı zərər görməmələri üçün gərəkən addımları atmaları məqsədindən irəli gəlir.

Çünki terrorçulara qarşı keçirilən hava əməliyyatları zamanı konkret hədəflərə dəqiq zərbələr endirilsə də, quru əməliyyatlarının miqyası daha geniş olduğu və ən müxtəlif silahlardan istifadə edildiyi üçün belə bir xəbərdarlığa ehtiyac vardı. Böyük ehtimalla, ultimatum qəbul olunmazsa, Türkiyə haqqında danışdığımız təhlükəsizlik zolağının yaradılması üçün göstərilən müddətdə yerüstü əməliyyata başlayacaq”.

A.Zeynalov

www.yenicag.az

2208
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv