Tərtərdə daha bir nəfər minaya düşdü

media-hightechnic-468x90

Noyabrın 5-də saat 12:00 radələrində Tərtər rayonu Təpəkənd kəndinin minalardan təmizlənməyən ərazisində mina partlayışı baş verməsi ilə bağlı polisə məlumat daxil olub.

DİN-in mətbuat xidmətinin regional qrupundan Yenicag.az-a bildirilib ki, rayonun Seyidimli kənd sakini, 1965-ci il təvəllüdlü Hüseynov Asif Novruz oğlu ayağından xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

“Bir daha vətəndaşları minalardan təmizlənməyən ərazilərə daxil olmamağa, tələb olunan qaydalara riayət etməyə çağırırıq”-deyə, məlumatda vurğulanıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600