Tərtər rayonunda minaya düşən 1996-cı il təvəllüdlü Həsənov Azad Kamandar oğlunun vəziyyəti ağırdır.
Yenicag.az xəbər verir ki, bu barədə Report-a Səhiyyə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, A.Həsənovun sol ayağı amputasiya olunub. Onun sağ baldırının arxa səthinin geniş cırılmış yarası da var.
***
Bərdə rayon Mərkəzi Xəstəxanasından bu gün minaya düşən Azad Həsənovun vəziyyəti ilə bağlı açıqlama verilib.
Xəstəxananın metodik kabinet müdiri Nərmin Abbasova “Qafqazinfo”ya bildirib ki, xəstənin vəziyyəti ağırdır:
“O, sol ayağın və hər iki xayalığın travmatik amputasiyası, həmçinin sağ baldır nahiyəsinin arxa səthində geniş cızılmış yaralar və hər iki said nahiyəsində cızılmış yara diaqnozu ilə xəstəxanaya daxil olub. Xəstə əməliyyata alınıb. Onun Bakıya gətirilib gətirilməyəcəyi barədə isə hələlik heç bir məlumat yoxdur”.
***
14:30
Tərtər rayonunun Həsənqaya kənd sakini neytral zonada minaya düşüb.
Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə bu gün baş verib.
Nəticədə 1986-cı il təvəllüdlü Azad Həsənovun bir ayağı amputasiya edilib. O, hazırda Bərdə Mərkəzi Xəstəxanasındadır.
Tərtər rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov faktı təsdiqləyib. Bildirib ki, hazırda Azad əməliyyata alınıb:
“Azad Həsənov qoyunları qadağan olunmuş zonada otararkən heyvanlar minaya düşüblər. Minanın ətrafa yayılan qəlpələri Azadın bədəninin müxtəlif hissələrinə xəsarət yetirib. Bir ayağı aşağı hissədən amputasiya edilib. Valideynləri ilə görüşdüm, həkimlərə müvafiq tapşırıqlarımı verdim”.
Qeyd edək ki, bu, Kəlbəcər rayonundan məcburi köçkün olan Azad Həsənovun ailəsində yaşanan ilk faciə deyil. Belə ki, 2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.
2016-cı ilin aprel döyüşləri ərəfəsində ermənilərin Həsənqaya kəndini artilleriya atəşinə tutması nəticəsində Azadın 16 yaşlı bacısı Həsənova Turanə Kamandar qızı həlak olmuşdu.
www.yenicag.az