Tərtərdə “Sərsəngə yürüş” aksiyası keçirilib

media-hightechnic-468x90

indir (2)Tərtər rayonunda “Sərsəngə yürüş” adlı aksiya keçirilib.

10 Dekabr Beynəlxalq İnsan Hüquqları gününə həsr olunan tədbir Dağlıq Qarabağ münaqişəsi və ermənilər tərəfindən dinc Azərbaycan vətəndaşlarına qarşı aparılan ekoloji terrorun dünya ictimaiyyətinə çatdırılması məqsədilə təşkil olunub. Qeyd olunub ki, beynəlxalq qurumların bu işə diqqətini yönəltmək məqsədi ilə çoxlu sayda faktlar üzə çıxarılaraq beynəlxalq təşkilatlara təqdim olunub.

Bildirilib ki, tədbirə 6 ölkənin Azərbaycandakı səfirliyinin nümayəndələri dəvət olunsa da, onlardan yalnız üçünün – Sudan, İordaniya və İranın Azərbaycandakı səfirliklərinin təmsilçiləri yürüşə qatılıb. Tərtər Rayon İcra Hakimiyyətinin əməkdaşları Sərsəng su anbarı vasitəsi ilə Azərbaycana vurulan ekoloji ziyan barəsində məlumat veriblər. Bildirilib ki, bu təbii su mənbəyinin işğal olunmayan ərazilərə buraxılmaması azərbaycanlıların suya olan tələbatında müəyyən problemlər yaradır. Bu da təxminən 400 min sakinin ermənilərin su terrorundan ciddi əziyyət çəkməsinə gətirib çıxarır. Tədbir iştirakçıları daha sonra Tərtər çayı üzərindəki körpüdən bu su hövzəsini müşahidə ediblər. Qonaqlara Tərtər çayı barədə də geniş məlumatlar verilib.

(apa.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600