Tərtərdə traktor minaya düşdü - Sürücü yaralandı

media-hightechnic-468x90
Tərtər rayonunun Qırmızı kənd ərazisində traktor minaya düşüb.

Yenicag.az xəbər verir ki, hadisə bu gün saat 14 radələrində baş verib.

Traktorun sürücüsü müxtəlif bədən xəsarətləri alıb.

***

Baş Prokurorluq Tərtərdə traktorçunun minaya düşməsi barədə məlumat yayıb.

Baş Prokurorluqdan Yenicag.az-a verilən məlumata görə, 28 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Azərbaycan Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Ələkbərov Elgün Mahmud oğlu Tərtər rayonunun işğaldan azad olunmuş ərazisində traktorla yer şumlaması işləri apararkən tank əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilmiş, məhkəmə-tibb ekspertizası təyin edilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.

Hazırda faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 15.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa