Teymur Rəcəbov FIDE prezidentinin komandasında - FOTO

media-hightechnic-468x90

Gələn ay Şahmat üzrə Onlayn Millətlər Kubokunda iştirak edəcək dünya yığmasının heyəti məlum olub.

Yenicag.az xəbər verir ki, bu barədə məlumat Beynəlxalq Şahmat Federasiyasının (FIDE) saytında yer alıb.

Teymur Rəcəbovun yer aldığı komandaya FIDE prezidenti Arkadi Dvorkoviçin kapitanlıq edəcək. Bundan başqa, iranlı Alireza Firuzca, misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk da heyətdə yer alıblar.

Altı komandanın iştirak edəcəyi turnir iki dövrədə keçiriləcək. İlk dövrə 5 – 9 mayda baş tutacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600