Təyyarə qaçıran şəxs məhkəmə qarşısında – 8 sutkalıq həbs

media-hightechnic-468x90

1399786683dfghMisirə məxsus A-320 sərnişin təyyarəsini qaçıran şəxs məhkəmə qarşısına çıxarılıb.

Larnak şəhər məhkəməsi 59 yaşlı Misir vətəndaşı Seyf ad-Din Mustafa barəsində 8 sutka saxlama qərarı çıxarıb. Qərar onun əməllərini araşdırmaq üçün polisin işini yüngülləşdirmək məqsədilə verilib.

Xatırladaq ki, A-320 təyyarəsi martın 29-da qaçırılıb. Təyyarəni qaçıran şəxs pilotdan Türkiyəyə uçmasını tələb edib. Lakin yanacağın kifayət etməyəcəyini öyrəndikdən sonra Kiprin Larnak hava limanında eniş etməyə razılıq verib. Öncə sərnişinləri azad edən Mustafa könüllü təslim olub. Girovlardan heç biri xəsarət almayıb.

Mustafa quldurluq, partlayıcı qurğuların qanunsuz saxlanılması, insan qaçırılması, ehtiyatsız hərəkətlər etmək və terrora qarşı mübarizə üzrə qanunvericiliyi pozan cinayət əməllərində ittiham edilir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600