Təyyarədə qadınlar üçün xüsusi oturacaqlar olacaq

Hindistanın “Air India” aviaşirkəti qadın sərnişinlər üçün xüsusi oturacaqlar ayıracaq.

Yeniçağ.Az Trend-ə istinadən xəbər verir ki, bu addımda məqsəd qadınlara qarşı cinsi hərəkətlərin qarşısını almaqdır.

Aviaşirkətin qərarına əsasən, yanvarın 18-dən etibarən bəzi təyyarələrdə belə oturacaqlar ayrılacaq.

Hindistan mediası “Air India”nın bu qərarını dekabrın 21-də Mumbaydan Nyu Yorka uçan təyyarədə bir qadın sərnişinə qarşı cinsi hərəkətlərlə bağlı qalmaqalla əlaqələndirir.

Yeniçağ.Az