Təyyarənin göyərtəsində “Wi-Fi”

media-hightechnic-468x90

21rrwf400Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Emirates” aviaşirkəti təyyarələrin göyərtəsində internetə “Wi-Fi” şəbəkəsi ilə çıxışı tam pulsuz etməyi planlaşdırır. Hazırda 10 meqabayt tutumlu pulsuz paket yalnız “A380” avialaynerinin sərnişinlərinə təqdim olunur.
Reysləri digər tipli təyyarələrlə yerinə yetirən aviasəyahətçilər şəbəkəyə qoşulmaq üçün simvolik 1 dollarlıq tarif ödəyirlər.
“Biz təyyarə göyərtəsində internetə çıxış üçün simvolik ödənişin ləğv edilməsi üçün əlimizdən gələni edirik, lakin hazırda bu, avadanlıq və proqram təminatı istehsalçıları tərəfindən tətbiq edilən məhdudiyyətlərlə əlaqədar 1 dollar təşkil edir”, – “Emirates”in məlumatında deyilir.
Göyərtədə internetə çıxış üçün sərnişinlər tərəfindən ödənilən vəsaitlərin hamısını aviaşirkət aztəminatlı ailələrdən olan uşaqların həyat səviyyəsini yaxşılaşdırmaq üçün “Emirates Airline Foundation” fonduna yönəldir.
Hazırda “Wi-Fi”dan aviaşirkətə məxsus 56 “Airbus 380” və 30 “Boeing 777” tipli təyyarənin göyərtəsində istifadə mümkündür.

(azadinform.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600