TEZLİKLƏ SATIŞDA: Rusiyada böcəklərdən un HAZIRLANDI - VİDEO

media-hightechnic-468x90

Tezliklə böcəklərdən hazırlanan un satışa çıxarılacaq.

Yenicag.az xəbər verir ki, Rusiyada işıldaböcəklərin yetişdirilməsi üçün ferma yaradılıb.

Stavropol bölgəsindəki aşpazlar minimal karbohidrat tərkibli işıldaböcək unu yaradıblar.

Onlar bildirirlər ki, bu undan çörək bişirmək və şirniyyatlar hazırlamaq daha təhlükəsizdir. Çünki digər unlardan hazırlanan qida məhsullarında karbohidratlar qanda şəkərin səviyyəsinə zərər verə bilər.

Fermada böcəklər yaxşı yemlənir: onlara birbaşa bostandan kabaçki və balqabaq verilir.

Artıq bir neçə yerli çörək zavodu böcək ununu almaq üçün növbə gözləyir.

Ətraflı videoda:

Xuraman Etibarlı

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600