TGT-lərə “Bakı 2015” Könüllülük proqramı təqdim edilib

media-hightechnic-468x90

image“Bakı 2015” Avropa Oyunları Əməliyyat Komitəsinin (BEGOC) qərargahında Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqına (ATGTİ) daxil, Bakı şəhərində yerləşən ali və orta ixtisas təhsili müəssisələrinin 53 Tələbə Gənclər Təşkilatından (TGT) 80-ə yaxın nümayəndənin iştirakı ilə görüş keçirilib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqından Gün.Az-a verilən məlumata görə, görüşdə əsas məqsəd “Bakı 2015” oyunlarına könüllülərin cəlb edilməsində BEGOC və TGT-lər arasında əməkdaşlıq əlaqələrinin inkişaf etdirilməsi olub.

Görüşdə BEGOC-un Könüllülər Departamentinin meneceri Atif Qəmbərov oyunların könüllü proqramını TGT-lərə təqdim edib, onun əsas prioritetlərini qeyd edib. Daha sonra çıxış edən BEGOC-un İnsan resursları şöbəsinin direktoru Rob Klark TGT-lərə müraciət edərək, könüllü işinin vacibliyini vurğulayıbvə onları “Bakı 2015” Avropa Oyunlarını dəstəkləməyə səsləyib.

Azərbaycan Respublikası Prezidentinin yanında Gənclər Fondunun (AzGF) icraçı direktoru Fərhad Hacıyev isə öz çıxışında ölkə gənclərinin bu mötəbər idman yarışlarında da fəal iştirak edəcəyindən əmin olduğunu bildirdi, TGT-lərdən ünvanlanan sualları cavablandırdı.

Xatırladırıq ki, “Bakı 2015” İlk Avropa Oyunları 12-28 iyun tarixlərində keçiriləcək.  (gun.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600