“The Hill” qəzeti İsrail-Azərbaycan münasibətindən yazdı

media-hightechnic-468x90

vb3“Ermənistanın Avrasiya İttifaqına girərək suverenliyini itirdiyi bir zamanda Azərbaycanla münasibətlərə əhəmiyyət vermək lazımdır”

ABŞ-ın “The Hill” qəzetində “İsrail və Azərbaycan əlaqələri müsəlman-yəhudi sülhü üçün ümid qığılcımı, modeldir” başlıqlı məqalə dərc olunub.

Tanınmış yəhudi əsilli yazar Maayan Jaffen məqaləsində qeyd edir ki, Yaxın Şərqdə vəziyyətin gərgin olduğu, antisemit çıxışların və İsrailə qarşı təhdidlərin artdığı bir zamanda başqa bir müsəlman ölkəsi Azərbaycanın yürütdüyü siyasət region üçün ümid qığılcımıdır: “Sentyabrın ortalarında İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanovla görüşüb. Onlar birlikdə Nyu-York, Vaşinqton, Filadelfiya və yəhudilərin sıx yaşadığı digər ərazilərə səyahət ediblər və yəhudi dövləti ilə müsəlman ölkəsi arasındakı əlaqələrdən danışıblar”.

Müəllif qeyd edir ki, Azərbaycan da İsrail kimi bəzən xoşagəlməyən hallara baxmayaraq, özünü ABŞ-a yaxın ölkə hesab edir və dost münasibətlərinə üstünlük verir. Lakin son zamanlar ABŞ tərəfdən müttəfiq Azərbaycanın ünvanına bir sıra tənqidlər səsləndirilir və bu tənqidlər bəzən İrana qarşı olan tənqidlərdən də artıq olur. Məqalədə bildirilir ki, Ermənistanın Avrasiya İqtisadi İttifaqına girərək suverenliyini itirdiyi bir zamanda Azərbaycanla münasibətlərə əhəmiyyət vermək lazımdır. Azərbaycanın qadınlara ilk dəfə səs hüququ tanıyan, ilk səhiyyə naziri yəhudi olan və parlamentdə yəhudilərə yer verən bir müsəlman ölkəsi olmasına toxunan M. Jaffe ölkədə sekuylar cəmiyyət quruculuğu istiqamətində ciddi işlər görüldünüyünü qeyd edib: “Son illərdə baş verənlərdən dünyanın nəticə götürməli olduğu halda, Azərbaycanda açıq cəmiyyət yaratma səyləri tənqidə məruz qalır”.

Müəllif əlavə edib ki, regionda müsəlman-yəhudi barışığına nail olmaq üçün Azərbaycan-İsrail münasibətlərinə model kimi nəzər salmaq və bu ölkəni dəyərləndirmək lazımdır.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600