“Putin Ukrayna münaqişəsində qaçılmaz qələbənin olacağını hiss edir”.
Yenicag.az xəbər verir ki, “Washington Post” qəzetinin yazarı Li Hoksteyder Rusiya lideri Vladimir Putinin Ukraynada qaçılmaz qələbənin olduğunu hiss etdiyini bildirib.
O, materialda yazıb ki, ABŞ və Avropada Rusiyanın strateji məğlubiyyəti ilə bağlı söhbətlərə fikir vermək olmaz.
“Putin həqiqətən qələbənin yaxın olduğunu hiss edir”, – Hokstayder deyib.
Onun sözlərinə görə, Rusiya lideri Qərbin səbrinin tükəndiyini anlayaraq Rusiya iqtisadiyyatını yenidən qurub.
Müəllif yazır ki, eyni zamanda ABŞ və onun avropalı müttəfiqləri Kiyevə kömək etmək səylərindən yorulublar.
CBS News-un müxbiri Kris Livsi əvvəllər dediyi kimi, Kiyevdə Amerikanın köməyi olmadan Ukrayna Silahlı Qüvvələrinin məğlub olacağından qorxurlar.
Pentaqonun rəhbərinin keçmiş müşaviri, polkovnik Duqlas Makqreqor qeyd edib ki, amerikalıların həyatını çətinləşdirən Rusiya və ya Çin deyil, öz hakimiyyət orqanlarıdır.
Xuraman Etibarlı
www.yenicag.az