Tibb işçilərinə vaksinin məcburi vurulması iddialarına RƏSMİ MÜNASİBƏT

media-hightechnic-468x90

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) bəzi tibb müəssisələrində çalışan səhiyyə işçilərinin məcburi vaksinasiya olunması ilə bağlı iddialara münasibət bildirib.

Yenicag.az xəbər verir ki, TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq vurğulanıb ki, peyvəndləmə heç bir halda məcburi ola bilməz.

“Ümumilikdə ölkədə aparılan vaksinasiya könüllü və dövlət hesabınadır”, – qurumdan qeyd olunub.

Xatırladaq ki, Azərbaycanda yanvarın 18-dən etibarən Çinin “SinoVac” şirkətinin istehsal etdiyi “CoronoVAC” vaksininin istifadəsinə başlanılıb. Vaksinlə bağlı qəbul edilən strategiyaya əsasən, peyvənd ilk növbədə yüksək risk qrupuna aid olan tibb işçilərinə vurulur.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600