!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tibb qurumları bir-birini təkzib edir: Körpənin həyatı ilə oynanılan təhlükəli oyun - VİDEO

!Reklam – Yazi

Yenidoğulan uşağı bir xəstəxanadan çıxarıb, digərinə köçürmək istəyirlər. Lakin qurumlar bir-birini ittiham etdiyindən bu reallaşmır.

Yenicag.az Xezerxeber.az-a istinadən xəbər verir ki, paytaxt sakini Əlimusa Həsənov dünyaya yeni gələn qızını Respublika Klinik Xəstəxanasından çıxarıb Kübra Fərəcova adına Elmi-Tədqiqat Pediatriya institutuna aparmaq istəyir.

Ata iddia edir ki, hər keçən gün övladının vəziyyəti pisləşir.

Körpənin babası Xatəm Həsnəov isə deyir ki, uşağın səhhətində müsbətə doğru heç bir irəliləyiş yoxdur.

Məsələ ilə bağlı Kübra Fərəcova adına Elmi-tədqiqat Pediatriya institutu ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən bildirildi ki, uşaqların tibb müəssisəsindən digərinə köçürmək məqsədilə təxliyə qrupu mövcuddur. Həmçinin xəstəni təxliyə etmək üçün tibbi müəssisələr arasında razılaşma olmalıdır. Həmin təxliyə qrupuna qeyd olunan müəssisə tərəfindən müraciət qeydə alınmayıb.

Müraciət olduğu halda, eyni zamanda, uşaq təxliyəyə uyğundursa, bu zaman bir tibb müəssisəsindən digərinə köçürmək həyata keçirilir.

Valideynlərin müraciəti əsasında digər tibb müəssisəsinə köçürülmə həyata keçirilmir.

Respublika Klinik Xəstəxanasının mətbuat xidmətindən isə bildirildi ki, məsələ ilə bağlı Elmi-Tədqiqat Pediatriya İnstitutuna müraciət olunub. İnstitutdan bildirilib ki, hazırda yer yoxdur.

Klinik xəstəxananın həkimi Rena Qasımova isə bildirib ki, uşağın vəziyyətində müsbətə doğru irəliləyiş var.

Daha ətraflı videomaterialı təqdim edirik:

COP29

www.yenicag.az

263
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv