Tibbi avadanlıqlar niyə bahalaşır? AÇIQLAMA

media-hightechnic-468x90

Azərbaycanda qlükometr, tonometr və saturasiya ölçən aparatlar kimi zəruri tibbi cihazların qiymətində son aylarda ciddi artım müşahidə olunur. Bahalaşma vətəndaşların bu avadanlıqlara çıxışını əhəmiyyətli dərəcədə çətinləşdirib.

media-banner_tuq

Bu barədə Yenicag.az-a açıqlamasında əczaçı Qalib Məmmədov məlumat verib. Ekspert bildirib ki, sözügedən tibbi avadanlıqlar ölkəmizdə istehsal olunmur və tamamilə idxaldan asılıdır:

“Azərbaycanda qlükometr, tonometr, saturasiya ölçən aparatlar və inqalyasiya cihazlarının istehsalı yoxdur. Bu avadanlıqlar əsasən Asiya və Avropa ölkələrindən gətirilir. İdxalda Çin və Türkiyə istehsalı olan cihazlar üstünlük təşkil edir.”

Qalib Məmmədovun sözlərinə görə, son aylarda bu cihazların pərakəndə satış qiymətində 15-35% civarında artım qeydə alınıb. İdxalçı şirkətlər qiymət artımını bir neçə faktorla əsaslandırırlar

Ətraflı məlumatı videomaterialdan izləyə bilərsiniz:

Samir Məcid

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05