Ticarət savaşları “Coca-Cola” ilə “Pepsi”ni də VURDU

media-hightechnic-468x90

ABŞ prezidenti Donald Trampın başladığı ticarət savaşı sərinləşdirici içkilər bazarında gözlənilməz nəticələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, “The Wall Street Journal” nəşrinin məlumatına görə, “Coca-Cola” və “Pepsi” kimi iki sənaye nəhəngi arasındakı rəqabətdə artıq açıq şəkildə üstün tərəf müəyyənləşmək üzrədir.

Məsələ bundadır ki, bu şirkətlərin içkilərinin hazırlanmasında istifadə olunan gizli konsentratlar müxtəlif ölkələrdə istehsal olunur. “The Coca-Cola Company”nin əsas istehsal müəssisələri ABŞ-də yerləşir. “PepsiCo, Inc” isə konsentratlarının mühüm hissəsini İrlandiyada istehsal edir.

Qeyd edək ki, Tramp administrasiyasının İrlandiyadan idxal edilən məhsullara 20 faizlik gömrük rüsumu tətbiq etmək qərarı “Pepsi” üçün ciddi çətinlik yaradıb. Bu, şirkətin məhsullarının əlavə vergiyə cəlb olunması və nəticə etibarilə, qiymətlərin artmasına səbəb olacaq.

Analitiklər bildirirlər ki, bu vəziyyətdən ən çox fayda götürəcək şirkət “Coca-Cola” olacaq. Beləliklə, rəqiblər arasındakı mübarizədə “Coca-Cola” açıq üstünlük əldə edir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600