Tiflisdə Saakaşviliyə görə qarşıdurma yaranıb
Gürcüstanın Baş Prokurorluğu qarşısında bu gün keçmiş prezident Mixail Saakaşvilinin tərəfdarları ilə əleyhdarları arasında qarşıdurma yaranıb.
Bu günlərdə prokurorluq keçmiş prezidentin 5 iş üzrə martın 27-də sorğu-suala çağırıldığını elan edib.
2013-cü ilin noyabr ayında yeni prezidentin inauqurasiyasından sonra Gürcüstanı tərk edən Saakaşvili isə prokurorluğun fəaliyyətinin “çirkli siyasi oyun” adlandıraraq Tbilisiyə gəlməkdən imtina edib.
Bu gün günorta saatlarında keçmiş prezidentin tərəfdarları ilə əleyhdarları Baş Prokurorluğun qarşısına toplaşıblar. “Mən – Mişa, məni sorğu-sual edin” şüarı ilə Saakaşvilini dəstəkləyənlərin aksiyasını bir neçə yerli qeyri-hökumət təşkilatı təşkil edib.
Məlumatda qeyd edilir ki, polis keçmiş prezidentin tərəfdarları ilə əleyhdarlarını aralaya bilsə də, ancaq Saakaşvilinin əleyhdarlarından olan biri onun xeyrinə olan plakatı alıb cırmağa cəhd edib.
Bundan sonra aksiya iştirakçıları arasında qarşıdurma böyüyüb, hüquq-mühafizə orqanları əməkdaşları bir necə nəfəri saxlayıb(modern.az).