Ankaradan əvvəl Beyruta gələn ABŞ dövlət katibi Reks Tillerson Livanın xarici işlər naziri Cəbran Bassillə görüşüb.
Yenicag. ru-nun məlumatına görə, Beyrutda Prezident sarayında Livan və ABŞ nümayəndə heyətlərinin görüşündən əvvəl Tillerson təsəvvür eləmədiyi vəziyyətə düşüb.
Qeyd olunur ki, Tillerson prezident sarayına gəldikdə rəsmi şəxslərdən heç kəs, hətta həmkarı Cəbran Bassil də onu qarşılamayıb. Bu azmış kimi onu salonda təkbaşına oturdaraq, gözləməyə məcbur ediblər.
Eyni zamanda, nümayəndə heyətlərinin görüşəcəyi zalda ABŞ bayrağının yerləşdirilməməsi də jurnalistlərin nəzərindən yayınmayıb. Tillerson tənha və qəmgin vəziyyətdə Livan rəsmilərinin gəlməsini gözlədiyi müddətdə, zalda yalnız Livan bayrağı olub. Əslində isə protokol qaydalarına görə, nümayəndə heyətləri görüşən ölkələrin bayraqları yanaşı qoyulmalıdır.
Bundan başqa, Tillersonla Livan prezidentinin ətrafında əyləşəcəkləri masanın üstündə su dolu cəmi bir stəkan qoyulub – o da ev sahibi üçün. Yəni ABŞ dövlət katibinə bir sətkan su belə verilməyib.
Ekspertlərin fikrincə, Livanda Tillersona belə soyuq münasibət ABŞ-ın Yaxın Şərq siyasətinin nəticəsidir.