Danimarkanın Baş naziri: "Tramp Qrenlandiya məsələsində ciddidir"
Danimarkanın Baş naziri Mette Frederiksen hesab edir ki, ABŞ Qrenlandiyaya hücum etməyə qərar versə, hər şey bitəcək.
Yenicag.az xəbər verir ki, baş nazir bu barədə “Danmarks Radio”ya müsahibəsində bildirib.
“Əgər bir NATO ölkəsi digər NATO ölkəsinə hücum edərsə, hər şey bitəcək”, – deyə o qeyd edib.
ABŞ Prezidenti Donald Trampın Qrenlandiyanı ələ keçirmək ideyasından imtina edib-etməyəcəyi barədə suala baş nazir mənfi cavab verib:
Əvvəldən demişdim ki, təəssüf ki, düşünürəm, Amerika Prezidenti bu məsələdə ciddi niyyətlidir”.
O həmçinin telefon danışığında Trampa Danimarkanın mövqeyini çatdırdığını, ABŞ-nin nə Qrenlandiyanı, nə Farer adalarını, nə də Danimarka Krallığının digər tərəflərini anneksiya etmək hüququna malik olduğunu izah etdiyini vurğulayıb.
Xatırladaq ki, yanvarın 4-də ABŞ Prezidenti Donald Tramp jurnalistlərə bildirib ki, milli təhlükəsizlik baxımından ABŞ-nin Qrenlandiyaya nəzarəti vacibdir. Onun sözlərinə görə, bu məsələ strateji xarakter daşıyır, çünki ada ətrafında hər yerdə rus və Çin gəmiləri var, Danimarka isə “ərazinin təhlükəsizliyini gücləndirməyə qadir deyil.












