Timoşenko dövlətin milyonlarını harada gizlədib?

media-hightechnic-468x90

mçnmçnhjbghLondon hüquqşünasları Britaniya banklarında Yuliya Timoşenko və ailəsinə məxsus milyonlarla pulu üzə çıxarıblar.

Yoxlama 90-cı illərin ortasında yoxa çıxan Ukrayna büdcəsinə məxsus 200 milyon dolların axtarışı çərçivəsində aparılıb.

Çirkli pullar həmçinin, İsveçrə və ABŞ banklarında da aşkarlanıb.

Yuliya Timoşenkonun maliyyə hesablarını yoxlayan “Lawrence Graham” adlı hüquq şirkəti axtarışa hələ ötən ilin martında Ukrayna hökumətinin tapşırığı ilə başlamışdı.

Pullar 90-cı illərin ortalarında Timoşenkonun “Ukraynanın Vahid Energetika Sistemi” şirkətinə rəhbərlik etdiyi vaxt yoxa çıxıb. Bu struktur rus qazının idxalı üzərindəki inhisarı həyata keçirmək hüququ qazandı. Məhz buna görə, Timoşenko o vaxt “qaz kraliçası” adını almışdı. Ukrayna büdcəsindən də milyonlarla dollar həmin ərəfədə yoxa çıxdığı bildirilir.

Britaniyalı hüquqşünaslar 26 ölkədə 300 bank hesablarında araşdırma aparıblar. Məlum olub ki, Timoşenko və onun ailəsinə məxsus çoxlu bank hesabı mövcuddur. Onlardan 13-ü hələ də fəaliyyətdədir(axar.az).

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600