TKT imtahanına qeydiyyat aparılır

media-hightechnic-468x90

Dövlət İmtahan Mərkəzi TKT (Teaching Knowledge Test) imtahanına qeydiyyat elan edir. İmtahan vermək istəyənlər dekabrın 8-dək qeydiyyatdan keçə bilərlər.

Bu barədə AZƏRTAC-a Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib. Bildirilib ki, Kembric Universiteti Nəşriyyat və Qiymətləndirmə qurumunun rəsmi test mərkəzi olan DİM ingilis dili müəllimləri üçün bilik və bacarıqları beynəlxalq səviyyədə təsdiq edən TKT (Teaching Knowledge Test) kvalifikasiyasının 1,2,3, YL (Young Learners – azyaşlı öyrənənlərə dilin tədrisi) və CLIL (Content and Language Integrated Learning – dilin məzmunla inteqrativ tədrisi) modulları üzrə imtahan təşkil edir.

DİM, həmçinin Kembric ingilis dili üzrə qiymətləndirmə (Cambridge English Qualifications), Kembric ingilis dili üzrə tədris (Cambridge English Teaching) imtahanlarını təklif edir. DİM tələb əsasında Kembric ingilis dili üzrə səviyyə testi (Cambridge English Placement Test – CEPT) də təşkil edir.

Əlavə məlumat üçün [email protected] ünvanına yazmaq olar.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 02.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa