Tofiq İsmayılovun oğluna 8 il iş verildi

media-hightechnic-468x90

 

Azərbaycanın 1-ci dövlət katibi, mərhum akademik Tofiq İsmayılovun dələduzluqda ittiham olunan oğlu Mir Heydər İsmayılov və digərlərinin məhkəmə araşdırması başa çatıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

Vüqar Quliyevin sədrlik etdiyi məhkəmə kollegiyası təqsirləndirilən şəxslərin hamısına verilmiş ittihamların sübuta yetirildiyini bəyan edib.

Hökmə əsasən, Mir Heydər İsmayılov 8, Murad Həziyev 10 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər.

Onlar cəzalarını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkəcəklər. Vəkil Xeyransa Babayeva bildirib ki, iş üzrə digər müttəhimlərə sınaq müddəti seçilməklə şərti cəza verilib.

Qeyd edək ki, Mir Heydər İsmayılov və digərləri xüsusilə külli miqdarda dələduzluqda ittiham olunublar. İş materiallarında yazılıb ki, İsmayılov iki nəfərin 810 min manat pulunu ələ keçirib.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.11.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa