Reklam
Ziraat Bank New 160×600
Koronavirus
Azersun New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tokayev Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

Reklam: High Technic

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub göndərib.

Yenicag.az xəbər verir ki, məktubda deyilir:

“Hörmətli İlham Heydər oğlu,

Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və BMT Təhlükəsizlik Şurasının qətnamələrinə uyğun olaraq Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə əlamətdar olan milli bayramınız münasibətilə Sizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

Bu əlamətdar tarix Azərbaycan Respublikasının şanlı salnaməsinə ölkənizin dövlətçiliyinin və suverenliyinin möhkəmləndirilməsi naminə xalqınızın birlik, mətanət, əyilməz iradəsinin rəmzi kimi həmişəlik yazılmışdır.

İnanıram ki, Azərbaycan Sizin güclü rəhbərliyinizlə davamlı inkişaf və tərəqqi yolu ilə inamla irəliləyəcək, Qazaxıstan-Azərbaycan dostluq, qarşılıqlı dəstək və strateji tərəfdaşlıq münasibətləri isə xalqlarımızın rifahı və mənafeyi naminə bundan sonra da dərinləşəcək.

Hörmətli İlham Heydər oğlu, Sizə məsul dövləti fəaliyyətinizdə yeni-yeni nailiyyətlər, qardaş Azərbaycana firavanlıq və tərəqqi arzulayıram”.

www.yenicag.az

156
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100