Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Qarabağ FC

Tokio-2020: Azərbaycan 13-cü medalını qazandı

Reklam: High Technic

Bu gün Azərbaycanın 5 paralimpiyaçısı Tokio-2020 Yay Paralimpiya Oyunlarında mübarizə aparacaq.

Yenicag.az-ın məlumatına görə, yarışın növbəti günündə 3 atlet və 2 pauerliftinqçi qüvvəsini sınayacaq.

Səid Nəcəfzadə və Kamil Əliyev uzunluğa tullanma, komandanın bayraqdarı Oloxan Musayev disk atma növündə çıxış edəcək. Atletika yarışları Bakı vaxtı ilə saat 04:34-də start götürəcək. Musayev daha əvvəl nüvə itələmədə 5-ci yeri tutub.

Pauerliftinqçilərdən Elşən Hüseynov (107 kq) və Şamo Aslanov (+107 kq) medal qazanmağa çalışacaq. Hüseynov Bakı vaxtı ilə saat 06:00-da, Aslanov isə 13:30-da mübarizəyə başlayacaq.

Qeyd edək ki, hazırda aktivində 9 qızıl və 3 bürünc medal olan Azərbaycan komandası medal sıralamasında 7-ci pillədə qərarlaşıb.

***

Azərbaycan para-atleti Səid Nəcəfzadə Tokio Paralimpiadasının bürünc medalına sahib olub.

Təmsilçimiz uzunluğa tullanma yarışlarında gücünü sınayıb və 7,03 metrlik nəticə göstərib. Yarışın qalibi 7,21 metr göstərici ilə iranlı Amir Xosravani olub.

Digər idmançımız Kamil Əliyev isə 6,89 metr nəticə ilə yarışı beşinci pillədə başa vurub.

www.yenicag.az

343
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100