"Tomaqavk"lar verilməyəcək, Ukrayna ÇƏTİN DURUMDA - ŞƏRH

media-hightechnic-468x90

“Rusiya Ukrayna müharibəsində sülh istiqamətində müsbət inkişaf yoxdur”.

media-screenshot_104

Bunu Rusiya Ukrayna müharibəsinin hazırkı vəziyyəti, cəbhədə baş verən proseslər və müharibənin gedişini Yenicag.az-a dəyərləndirən hərbi ekspert Rövşən Məhərrəmov deyib.

Onun sözlərinə görə, “Tomaqavk” raketlərinin Ukraynaya verilməsi sual altındadır:

“ABŞ prezidenti Donald Tramp bildirdi ki, Putinlə bir daha söhbət edəcək, əgər başa düşməsə, “Tomaqavk”ları verəcək. “Tomaqavk”ların verilməsi sual altındadır. Ola bilər ki, Putinlə Tramp arasında hər hansı razılaşma əldə olunsun və “Tomaqavk”lar Ukraynaya heç verilməsin”.

Hərbi ekspert bildirib ki, müharibənin ilk günündən Ukraynanın hava hücumundan müdafiəsində problemlər var:

“Rusiya əməliyyata başlayan zaman demək olar Ukraynanın hava hücumundan müdafiə (HHM) sistemlərini məhv etmişdi. Daha sonra Almaniyadan, Fransadan, ABŞ-dən HHM sistemləri əldə etdi. Ukrayna boyda ölkənin ərazisi üçün hazırda əldə olan HHM sistemləri tam şəkildə təmin etmir. Müəyyən nöqtələrdə HHM sistemləri rol oynayır. Tam şəkildə hava məkanı bağlanmayıb. Rusiya da bundan istifadə edir”.

Sahədə baş verənlərə gəldikdə isə polkovnik qeyd edib ki, Rusiya irəliləyir:

“Müəyyən müddət sonra irəliləmədə çətinliklər olur. Ukrayna fürsəti ələ alır, bəzi əraziləri geri qaytarır. Dünən Ukrayna ordusu Zaporojye istiqamətində 3.5 km irəliləyə bilib. Ukrayna buna çox sevinir. Ancaq miqyasa baxdıqda bunu böyük uğur saymaq olmaz. Rusiyanın da, Ukraynanın da çoxlu sayda itkiləri var. Tərəflər bir-birinin strateji obyektlərinə zərbələr endirir.

Son zamanlar baş verənlər onu göstərir ki, sülh istiqamətində müsbət inkişaf yoxdur. Müharibənin davam edəcəyi gözləniləndir. Ukraynanın 22 faiz ərazisi işğal altındadır. Nə ABŞ, nə Avropa İttifaqı bunun qarşısını ala bilmir. Ancaq söz deyirlər, söz verirlər. Konkret addım atılmır”.

Səxavət Məmməd

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 13.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa