Toqquşmada 2 nəfər həlak olub

media-hightechnic-468x90

imagesQahirənin mərkəzində nümayişçilərlə polislər arasında baş verən toqquşmalarda 2 nəfər həlak olub, 13 nəfər isə xəsarət alıb. Ölkənin güc strukturlarının əməkdaşları Təhrir meydanı yaxınlığındakı Əbdül Munem Riyad meydanına toplaşan onlarla etirazçını da saxlayıblar.

Misir Səhiyyə Nazirliyinin məlumatına görə, yaralılardan bir neçəsinin vəziyyəti ağırdır.

Xatırladaq ki, noyabrın 29-da Qahirə Cinayət Məhkəməsi 2011-ci ilin yanvar inqilabı günlərində nümayişçilərin öldürülməsində əli olması barədə iş üzrə ittihamları Misirin sabiq prezidenti Hüsni Mübarəkin üzərindən götürüb. Bu iş üzrə H.Mübarək ilə yanaşı, ittiham olunan keçmiş daxili işlər naziri Həbib əl-Ədli və yüksək vəzifəli daha altı məmur da bəraət alıb.

Qahirə Cinayət Məhkəməsi İsrailə qaz ixracı və korrupsiya ilə bağlı ittihamlar üzrə də sabiq prezidentə bəraət qazandırıb. Hakimlər H.Mübarəki bütün maddələr üzrə günahsız sayıb.

(azertag.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600