Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Tövlədən 5 kq-dan artıq narkotik tapıldı

Cəlilabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə 5 kq-dan artıq narkotik vasitə aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Yenicag.az-a verilən xəbərə görə, Cəlilabad RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Masallı rayon sakini Cəbrayıl Şükürov Cəlilabad rayonu Göytəpə şəhəri ərazisində saxlanılıb.

Üzərinə keçirilən şəxsi axtarış zamanı ondan 18 qrama yaxın narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülüb. Əməliyyat tədbirlərinin davamı olaraq C.Şükürovun yaşadığı evə keçirilən baxış zamanı həyətindəki tövlədən polietilen torbada 5 kq 210 qram çəkidə qurudulmuş marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

www.yenicag.az

144
reyting.az
www.interpress.az
www.busaat.az
MARGIN-BOTTOM

Ziraat Bank New 768×90 / 320×100