Tovuzda elektrik stansiyasında partlayış: Rayon işıqsız qaldı – Səbəbi açıqlandı / FOTO

media-hightechnic-468x90

Tovuzdakı elektrik yarımstansiyasında yanğına səbəb 6 kv-luq xəttə izolyasiyalı xəttə qızma nəticəsində izolyasiyalı kabelin yanması olub.

Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Vaqif Mustafayev məlumat verib.

“Qısa müddətdə yanğının qarşısı alınıb. Elektrik enerjisi təchizatı kəsilən bir neçə küçə ən qısa vaxtda alternativ xətlə elektrik enerjisi ilə təmin edilib”, – o bildirib.

Qeyd edək ki, hadisə rayonun Aşağı Öysüzlü kəndində qeydə alınıb. Yarımstansiyanın ərazisində 1 ədəd vakuum açarı və 10 p.m çıxış kabeli yanıb.

***

22:17

Tovuzda elektrik stansiyasında baş verən partlayış yanğına çevrilib.

Yenicag.az xəbər verir ki, hadisə Tovuz elektrik stansiyasında qeydə alınıb.

Dərhal hadisə yerinə FHN-in canlı qüvvəsi və yanğınsöndürən avtomobilləri cəlb olunub. Yanğın söndürülüb. Hazırda rayona elektrik enerjisinin verilməsi dayandırılıb./APA/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600