Rusiyanın Sankt-Peterburq şəhərində 23 yaşlı Kseniya Vodyanitskaya və əri 24 yaşlı Kirill (24) toydan qayıtdıqdan qısa müddət sonra faciəvi hadisə yaşayıblar.
Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Kseniya çılpaq şəkildə yaşadığı çoxmərtəbəli yaşayış binasının 15-ci mərtəbəsindən yıxılaraq ölüb.
Hadisədən sonra Kirill təcili yardım xidmətinə zəng edərək, kömək istəyib.
Məlumata görə, polisdə sorğu-sual edilən Kirilin həyat yoldaşının ölümü ilə heç bir əlaqəsinin olmadığını bildirdiyi aydın olur. Hazırda polis hadisəni qəza kimi qiymətləndirir, lakin araşdırma davam edir.
Qeyd olunur ki, Kseniya Sankt-Peterburq Dövlət Baytarlıq Universitetini yenicə bitirib. O, ölümündən bir müddət əvvəl toy fotolarını paylaşmağa başlayıb.
Cütlüyün dostları və qohumları münasibətlərində ciddi problem olmadığını və Kirillin Kseniyanı səmimiyyətlə sevdiyini qeyd ediblər.
İsmayıl Bakuvi
www.yenicag.az