Toy karvanında qəza baş verdi
Gəncədə piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Gəncə şəhər Baş Polis İdarəsindən verilən məlumata görə hadisə şəhərin Şah İsmayıl Xətai prospektində baş verib.
Gəncə şəhər sakini, 47 yaşlı Vəfa Mustafayeva yolu keçmək istəyərkən toy karvanı ilə hərəkət edən, sürücüsü hələ ki, məlum olmayan qara rəngli “VAZ-2107” markalı avtomobil tərəfindən vurulub. Dərhal xəstəxanaya yerləşdirilən qadının vəziyyəti normal qiymətləndirilir.
Qəza törədən avtomobilin tapılması istiqamətində Gəncə şəhər Baş Polis İdarəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir(apa).