Yaponiyanın “Toyota” şirkəti 1 milyondan çox avtomobili geri çağırıb.
Yenicag.az-ın məlumatına görə, bu qərar avtomobillərdə mühərrik naqillərinin tüstülənməsi və mümkün yanğın riskləri ilə bağlıdır.
Şirkətin yaydığı məlumatda qeyd olunur ki, 1,03 milyon avtomobil, o cümlədən Yaponiyada 554 min, ABŞ-da 192 min “Prius” və C-HR modelləri geri çağırılır.
Geri çağırılma bu ilin may ayınadək istehsal olunan avtomobillərə şamil olunur./Trend/