Toyuna hazırlaşan Mənzurəyə KİM MANE OLDU?
Müğənni Mənzurə Musayeva uzun müddət subaylıqdan sonra ikinci dəfə ailə qurmaq istəyib.
Yenicag.az xəbər verir ki, müğənni bu məlumatı “Tarixin bir günü” verilişində ilk dəfə açıqlayıb. O, bir müğənni ilə ailə qurmağa hazırlaşdığını, hətta toyu planlaşdırdığını, sonradan qərarından vaz keçdiyini deyib:
“Mənim bir elçim var idi, Məhərrəmlikdən əvvəl toy edəcəkdik. Fikrim qəti idi, ailə qurmaq istəyirdim. Sonra fikirləşdim, fikrimdən vaz keçdim. Anam razı olmadı, mən də böyük sözünü dinləyib, bu mövzunu bağladım. Ailə qurmaq məsələsi mənim üçün bitdi”.
O, həmin adamın ailəli olub, sonradan boşandığını deyib:
“Müğənni idi, pulu, imkanı var idi. 20 il əvvəl boşanmış adamdır. İki uşağı da var. Amma vaz keçdim”.
Nehru