“Trabzonspor” – “Fənərbağça” matçındakı hadisələrə görə 12 nəfər saxlanılıb

media-hightechnic-468x90

Türkiyə Superliqasının XXX turunda keçirilmiş “Trabzonspor” – “Fənərbağça” matçından sonra baş verən hadisələrə görə 12 nəfər saxlanılıb.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Ali Yerlikaya açıqlama verib.

O, hələlik 12 nəfərin tutulduğunu söyləyib.

Qeyd edək ki, qarşılaşmadan sonra meydana daxil olan azarkeşlərlə İstanbul klubunun futbolçuları arasında insident yaşanıb. Tərəfdarlar final fitindən sonra qələbəni qeyd edən oyunçulara hücum ediblər. Hadisəyə təhlükəsizlik əməkdaşları müdaxilə ediblər. Matç “Fənərbağça”nın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600