Tramp AÇIQLADI: Qəzza ilə bağlı planda ŞOK DETALLAR NƏDİR?
“Öncəki müsahibələrimdə dəfələrlə qeyd etmişəm ki, HƏMAS-ın Qəzzadakı hakimiyyətinin sona çatdırılmasından sonra bölgədə beynəlxalq konsorsium formasında yeni bir idarəçilik modelinin qurulması məsələsi gündəmə gətirilir”.
Bunu Yenicag.az-a açıqlamasında politoloq Azər Hüseynov deyib.
O, ABŞ Prezidenti Donald Trampın Qəzza ilə bağlı səsləndirdiyi strategiyasını şərh edib.
A. Hüseynovun fikrincə, bu konsorsium, əsasən, ərəb dövlətlərindən ibarət ola bilər?
“Eyni zamanda Türkiyənin də daxil edilməsi nəzərdə tutula bilər. Lakin idarəçiliyin üzərində Amerika Birləşmiş Ştatlarının nəzarət funksiyası həyata keçirməsi planlaşdırılır. Bütün bunlar İsrailin təhlükəsizliyini təmin etmək istiqamətində beynəlxalq siyasətin “ideal” hesab edilən variantı kimi təqdim olunur”.
Onun sözlərinə görə, bütün bunlara rəğmən, nəzərə almaq lazımdır ki, Yaxın Şərq enerji bölgəsidir və burada proseslər bir anda dəyişərək qlobal siyasi sistemə təsir edə bilir:
“Bu səbəbdən, Tramp administrasiyasının ortaya qoyduğu planın işlək olması üçün təkcə xarici güclərin deyil, həm də yerli xalqın razılığı vacibdir. Lakin mövcud vəziyyət göstərir ki, Fələstin xalqı yad bir idarəçilik formasını qətiyyətlə qəbul etmir. Əgər belə bir qəbul olsaydı, bu gün humanitar fəlakətin yaratdığı təzyiq fonunda həm HƏMAS-a, həm də digər təşkilatlara qarşı kütləvi etirazların şahidi olardıq. Amma bu cür kütləvi çıxışlar müşahidə olunmur”.
Rafi Müslümov