Tramp Azərbaycan və Ermənistan liderləri ilə danışıqlardan bəhs etdi

media-hightechnic-468x90

ABŞ lideri Donald Tramp Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanla apardığı danışıqlar barədə bəhs edib.

media-banner_tuq

Yenicag.az xəbər verir ki, o, bu barədə Böyük Britaniyanın Baş naziri Kir Starmerlə keçirdiyi mətbuat konfransında danışıb.

“Onlar (Azərbaycan və Ermənistan liderləri – red.) Oval kabinetdə söhbətə başlayarkən mövqeləri bir-birlərindən çox uzaq idi. Biz bir saat birgə olduğumuz müddətdə onların mövqeyi getdikcə yaxınlaşdı və söhbətin sonunda biz bir-birimizi bağrımıza basdıq”, – deyə Tramp qeyd edib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan və Ermənistan liderləri Vaşinqtonda ABŞ prezidentinin iştirakı ilə birgə bəyannamə imzalayıblar. Bundan başqa, Azərbaycan və Ermənistan xarici işlər nazirləri sülh və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında sazişi paraflayıblar./Oxu.az

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05