Tramp Çin səfərini niyə təxirə saldı? - “Bir ay vaxt verin...”

media-hightechnic-468x90

“ABŞ dünyanın lider dövlətidir; həm hərbi, həm də iqtisadi potensialına görə digər ölkələri xeyli qabaqlayır. Bu səbəbdən onun öz gücünü sübut etməsinə xüsusi ehtiyac yoxdur”.

media-banner_tkm

Bu sözləri Yenicag.az-a açıqlamasında politoloq Abutalıb Səmədov deyib.

Politoloq ABŞ Prezidenti Donald Trampın Çin səfərini təxirə salmasının pərdəarxası detallarını şərh edib.

Ekspert bildirib ki, İran məsələsi Tramp üçün xüsusi əhəmiyyət daşıyır:

“Burada söhbət təkcə İranın nüvə proqramının zəiflədilməsindən getmir. İlin sonunda keçiriləcək seçkilər bu məsələnin önəmini daha da artırır. Bu səbəbdən Tramp bütün diqqətini bu istiqamətə yönəldib və Ali Baş Komandan olaraq hərbi əməliyyatlara birbaşa rəhbərlik edir. Mövcud vəziyyəti nəzərə alan Tramp, Çin rəhbərliyinə müraciət edərək səfərinin bir ay təxirə salınmasını xahiş edib.

Bununla belə, İran məsələsində istədiyi nəticəni əldə edə bilməsə belə, ABŞ yenə də dünyanın ən güclü dövləti olaraq qalır. Qeyd etmək yerinə düşər ki, ötən il ABŞ-nin Ümumi Daxili Məhsulu (ÜDM) 30 trilyon dollardan artıq olub. İkinci yerdə qərarlaşan Çinin ÜDM-i isə 17 trilyon dollardan bir qədər çoxdur. Yəni arada təxminən iki dəfəyə yaxın fərq mövcuddur. Hərbi potensial baxımından da bu üstünlük kifayət qədər böyükdür”.

A. Səmədov əlavə edib ki, ABŞ-nin Çinə təsir imkanları daha genişdir və istənilən danışıqlar masasında Vaşinqton daha güclü tərəf kimi iştirak edir. İrana gəldikdə isə, politoloq proqnozlarında ehtiyatlıdır:

“Arzu olunan nəticələrin əldə olunma ehtimalı aşağıdır. İran indiyə qədər qarşısına qoyulan tələblərin heç birini yerinə yetirməyib. Üstəlik, ABŞ-nin rejim dəyişikliyi hədəfinin reallaşması da çətin görünür. Mövcud şəraitdə ən böyük uğur Hörmüz boğazının açıq saxlanılması və strateji əhəmiyyətli Xarq adasının nəzarətə götürülməsi ola bilər. Hadisələrin necə cərəyan edəcəyini yaxın həftələr göstərəcək”.

Nəsimi Ələsgərli

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05