Tramp doktrinasının GİZLİ FƏRMANI: ABŞ qlobal fokusunu Çinə yönəldir - VİDEO
“Avropa təhlükəsizliyi üçün öz vəsaitini ortaya qoymur, NATO üzərindən Amerikanı sonuna qədər istismar edir”.
Bunu Yenicag.az-a açıqlamasında Ülke TV-nin baş redaktoru, siyasi şərhçi Həsən Öztürk deyib. O, Tramp doktrinasının mahiyyəti barədə fikirlərini səsləndirib.
Siyasi şərhçi bildirib ki, bu doktrina mümkün qədər tez bir zamanda Yaxın Şərqdən çəkilmək və oradakı problemləri müəyyən formada sülhə qovuşdurmaqdan ibarətdir.
“Daha sonra isə 2030-cu ildən əvvəl Çinə qarşı mütləq şəkildə qabaqlayıcı müdaxilə həyata keçirmək lazımdır. Çünki Çin iqtisadi baxımdan artıq Amerikanı geridə qoyub. Eyni zamanda hərbi potensialını da sürətlə artırır. Belə bir şəraitdə Çin indi Amerika əsrinin sonunu gətirə biləcək ən mühüm güc kimi formalaşıb,” – deyə o bildirib.
Nəsimi Ələsgərli












