!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp energetika nazirini Moskvaya göndərir: Sanksiyalar fonunda əməkdaşlıq?

!Reklam – Yazi

ABŞ-ın energetika naziri Rik Perrinin bu gün Rusiya paytaxtına səfəri başlayır.

Yenicag.az BBC-yə istinadən xəbər verir ki, Rik Perrin Moskvada Rusiyalı həmkarı Aleksandr Novak və baş nazirin birinci müavini Anton Siluanovla müzakirələr aparacaq.

Perrinin Moskvaya bu günə nəzərdə tutulan gəlişi Rusiya və ABŞ prezidentləri Vladimir Putin ilə Donald Trampın Helsinkidə baş tutan görüşündən sonra həyata keçiriləcək ilk səfərdir.

Maraqlıdır ki, ABŞ-ın energetika nazirinin Moskvaya səfəri prezident Trampın Amerika seçkilərinə müdaxilə edən şəxslərə sanksiya tətbiq edilməsinin mümkünlüyünə dair verdiyi sərəncamdan cəmi bir gün sonraya təsadüf edir.
Digər tərəfdən, hazırda ABŞ Konqresində Rusiyaya qarşı daha sərt sanksiyaların tətbiqi, o cümlədən Moskvanın yeni borcları ilə əməliyyatın qadağan edilməsi yönündə qızğın müzakirələr keçirilir.

Qeyd olunur ki, Perri ilə Novakın görüşündə “enerji sahəsində əməkdaşlığa dair geniş spektrli məsələlər”ə toxunulacaq. Lakin Rusiyanın Energetika Nazirliyində BBC-nin nazirlərin konkret hansı istiqamətləri müzakirə edəcəkləri haqda sualını cavablandırmaqdan yayınıblar.

Perrinin bu gün Rusiya baş nazirinin birinci müavini Anton Siluanovla görüşü də planlaşdırılıb. Ancaq bu görüş medianın iştirakı olmadan, bağlı qapılar arxasında baş tutacaq. Rusiyanın Maliyyə Nazirliyi də bu görüşün gündəliyi barədə BBC-yə məlumat verməkdən imtina edib.

ABŞ Energetika Nazirliyinin rəsmisi Şaylin Hayns isə bildirib ki, Perrinin Moskvaya səfəri Rusiyalı nazir Aleksandr Novakın dəvəti əsasında təşkil olunur. Amerikalı nazirin keçirəcəyi görüşdə ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaların müzakirə edilib-edilməyəcəyinə də aydınlıq gətirilməyib.

www.yenicag.az

912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv