Tramp-fon der Lyayen GÖRÜŞÜ BAŞ TUTACAQ
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen mayın 9-da bildirib ki, o, yaxın vaxtlarda ABŞ prezidenti Donald Trampla görüşmək üçün Vaşinqtona səfər edəcək. Lakin görüş yalnız Avropa ilə ABŞ arasında konkret ticarət paketi hazırlandıqdan sonra baş tutacaq.
Yenicag.az xəbər verir ki, bu barədə “Politico” nəşri məlumat yayıb.
Məlumata görə, Fon der Lyayen Brüsseldəki mətbuat konfransında qeyd edib ki, Trampla yaxşı söhbət edib, amma Ağ Evə səfər edəcəksə, müzakirə üçün konkret bir paket olmalıdır.
“Hər iki tərəfin dəstəkləyə biləcəyi bir qərar istəyirəm”, – deyə əlavə edib.
Tramp apreldə Aİ-yə qarşı əlavə tariflər tətbiq edib, lakin sonra müvəqqəti olaraq bu tədbirləri dayandırıb və tərəfdaşlara 90 günlük danışıqlar müddəti verib. Aİ isə ABŞ-ın tətbiq etdiyi tariflərə qarşı qarşılıqlı addımlar atmağa hazırlaşır.