Tramp fotosunu bəyənmədi - "Time" jurnalını tənqid etdi

media-hightechnic-468x90

Dünyaca məşhur “Time” jurnalı üz qabığını Trampa və İsrail-HƏMAS razılaşmasına həsr edib.

Yenicag.az xəbər verir ki, ön səhifədə Qəzza sülh prosesinə həsr olunmuş məqalələrin başlıqları yer alır. “Onun zəfəri” başlığı Trampın şəklinin üzərində ən böyük şriftlə görünür.

Buna baxmayaraq Donald Tramp “Time” jurnalının üz qabığında çəkdirdiyi şəklini tənqid edib. Amerika lideri bildirib ki, nəşr öz üz qabığına bədbəxt bir şəkil yerləşdirib və onun fikrincə, bu, indiyədək çəkilmiş ən pis şəkildir.

Tramp fotoda saçlarının “yoxa çıxmasından” və onun əvəzinə başında kiçik, üzən tacın göründüyündən şikayətlənib.

“Mən heç vaxt aşağı bucaqdan şəkil çəkdirən biri olmamışam, amma bu foto tamamilə dəhşətlidir və sərt tənqid edilməlidir. Onlar nə edirlər və niyə?”, – o, “Truth Social”da yazıb.

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.10.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa