Tramp güllələndiyi yerdə daha bir görüş keçirəcək

media-hightechnic-468x90

ABŞ-nin keçmiş prezidenti və Respublikaçılar Partiyasından dövlət başçılığına namizəd Donald Tramp Pensilvaniyada yeni seçki marafonu təşkil etməyə hazırlaşır.

media-banner_tkm

Yenicag.az xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində yazıb. Tramp sonuncu dəfə sui-qəsd hücumu ilə üzləşdiyi Batler şəhərində tərəfdarlarını bir daha toplayacağına söz verib.

“Böyük, gözəl bir mitinq üçün Pensilvaniya ştatının Batler şəhərinə qayıdacağam”, – deyə Tramp elan edib. Lakin onun iştirakı ilə seçki kampaniyasının bu şəhərdə nə vaxt keçiriləcəyini açıqlamayıb.

Xatırladaq ki, Trampa sui-qəsd cəhdi iyulun 13-də Pensilvaniya ştatının Batler şəhərində keçirilən mitinqdə baş verib.

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05