Tramp İsrailə ultimatum verdi
ABŞ Prezidenti Donald Tramp İsrailə ultimatum verərək İordan çayının qərb sahilinin mümkün ilhaqının nəticələri barədə xəbərdarlıq edib.
Yenıcag.az xəbər verir ki, Tramp bu haqda “Time” nəşrinə müsahibəsində bildirib.
“Bu baş verməyəcək, çünki mən ərəb ölkələrinə söz vermişəm. İndi də bunu edə bilmərik. Ərəblərdən böyük dəstək aldıq. Bu baş verərsə, İsrail Birləşmiş Ştatların bütün dəstəyini itirəcək”, – Ağ Ev rəhbəri vurğulayıb.
Tramp qeyd edib ki, Yaxın Şərq heç vaxt bu cür birləşməyib./Qafqazinfo/