Tramp Maskın dövlət qulluğundan getdiyini açıqlayıb
ABŞ Prezidenti Donald Tramp sahibkar və “Tesla” sahibi İlon Maskın dövlət qulluğunda cəmi 130 gün qalacağı üçün Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) “müəyyən vaxtda” işini dayandıracağını açıqlayıb.
Yenicag.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında deyib.
Amerika lideri, həmçinin jurnalistlərə bildirib ki, Mask “çox ağıllıdır və əla iş görür”, lakin sahibkar “böyük şirkətdə” biznesi idarə etməyə qayıtmalı olacaq.
Martın 7-də Tramp Maskın rəhbərlik etdiyi DOGE-nin işindən razı qaldığını bildirsə də, departament rəhbərindən federal işçilərini ixtisar edərkən daha diqqətli olmasını istəyib.